Rusiyadan Ermənistana Qarabağ XƏBƏRDARLIĞI
Bizi izləyin

Cənubi Qafqaz

Rusiyadan Ermənistana Qarabağ XƏBƏRDARLIĞI

Yaxın Şərqdən gətirilən muzdlu döyüşçü və terrorçuların Qarabağdakı münaqişə ərazisinə giriş cəhdlərinin qarşısını almaq lazımdır.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Baş Prokuroru İqor Krasnov MDB üzvü olan dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının iclasında bildirib.

“25 ildir ki, Müstəqil Dövlətlər Birliyində vətəndaşların hüquqlarının qorunmasını təmin etmək üçün birlikdə mexanizmlər yaratdıq. Onların məhv edilməsinə icazə verməyəcəyik və verməməliyik. İndi prioritet vəzifə insanları qorumaq və ləyaqətli, təhlükəsiz, dinc yaşamaq hüquqlarını təmin etməkdir. Muzdlular və terrorçuların qanunsuz silah dövriyyəsindən qazanc əldə edən və terror aktlarını maliyyələşdirən şəxslərin münaqişə ərazisinə nüfuz etmək cəhdlərini dəf etmək lazımdır”, - Baş Prokuror qeyd edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin uğrulu əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən Ermənistan hökuməti ordusuna Suriya və Liviyadan muzdlu döyüşçülər və PKK kimi terror təşkilatlarından ünsürlər cəlb edir. Son olaraq Azərbaycan Müdafiə Nazirliyi Ermənistan İraqdakı səfirinin səs yazılarını ələ keçirib və materialdan məlum olub ki, Ermənistana Suriyadan 100 PKK terrorçusu göndərilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm