Ac, susuz qalan erməni işğalçıların son görüntüləri YAYILDI - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Ac, susuz qalan erməni işğalçıların son görüntüləri YAYILDI - VİDEO

Ermənistan vətəndaşları tərəfindən öz silahlı qüvvələrində fərariliyin, özbaşınalığın vüsət aldığını, orduda ərzaq və digər zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar çəkilib sosial şəbəkələrdə paylaşılır.

Publika.az
xəbər verir ki, velə videoların birində erməni hərbçiləri orududakı vəziyyəti göstərərək bildirirlər ki, silahları, çəkmələri, paltarları yoxdur. Onlarla rəhbərlikdən heç kim maraqlanmır.

Görüntüdən məlum olur ki, əsgərlər bu vəziyyətlə bağlı kəskin etirazını bildirirlər.

Həmin görüntülərdə əsgərlərin dediklərini yazılı və video olaraq təqdim edirik:

- Biz 10 gündür ki, buraya gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.

- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.

- Nə edəcəyimizi bilmirik.

- Qaçanda bilməyəcəksiniz də!

- Silah atəş açmır!

- Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır) Niyə atəş açdı?! Al tut! (silahı verir) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!

- Mən konkret irəli getməyəcəyəm!

- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.

- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.

- Bəs ayağınızda nədir?!

- Mənim varımdı. O birinin yoxdur?!

- Kimin yoxdur?!

- "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.

- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!

- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!

- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəyəm. Bunu sözləri deyən, danışan razdanlıdır.

- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!

- Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm