Cənubi Qafqaz
Paşinyan bu ittihamlarla məsuliyyətə cəlb olunacaq
Münaqişə zonasını Dağlıq Qarabağdan kənara yaymaq istəyən Ermənistan bəzi dövlətlərdən silah yardımı alır və PKK/YPG üzvlərindən ibarət ordu qurub.
Publika.az xəbər verir ki, bunu Mərmərə Universiteti Kommunikasiya Fakültəsinin müəllimi Giray Saynur Derman deyib.
Professor Ermənistanın 1990-cı ilərdə başlayan işğal prosesindən bu günə qədər 20 minə yaxın azərbaycanlının şəhid olduğunu, 1,5 milyon insanın isə məcburi köçkün düşdüyünü xatırladıb: “Daim bir formada humanitar cinayət törədən Ermənistan Azərbaycan ilə atəşkəsi pozur. Nə atəşkəs, nə də diplomatiya yolunu diqqətə alan Ermənistan ordusu təxribatçı hücumlarına davam etməkdədir. Ermənistanın sistematik şəkildə mülki yaşayış məntəqələrini “Smerç” raketləri və kaset bombaları ilə atəşə tutması müharibə cinayəti çərçivəsində daxil olur. Onun məqsədi Rusiya və Qərb ölkələrinin dəstəyini alaraq Azərbaycana qarşı gücdən istifadə etməkdir. Bu hücumlarda Ermənistanın Rusiya istehsalı olan silahlardan istifadə etməsi də diqqət çəkir”.
G.S.Derman qeyd edib ki, Rusiya Qərblə yaxın münasibətlərinə görə Ermənistana əsəbidir, Xəzər enerji hövzəsində pay sahibi olan və Avropa İttifaqının qaz tədarükçüsü Azərbaycanı isə qarşısında görmək istəmir: “Fransa isə Şərqi Aralıq dənizi məsələsindən dolayı münaqişə zonasını genişləndirib Türkiyəyə qarşı həmlə etdiyi üçün Azərbaycan-Türkiyə yaxınlığını da hesaba əlavə edərək Qarabağ vasitəsilə sıxışdırmaq istəyir”.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bütün xalqı döyüşə çağırdığı, döyüşü başqa ölkənin torpaqlarında apardığı, dinc əhalini hədəf aldığı, ictimaiyyətə açıq və hərbi müəssisələri hədəf seçdiyi üçün fərdi məsuliyyət məhkəməsində ittiham oluna bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsində əli qana bulaşmış hər kəsin məsuliyyətə cəlb olunacağını bəyan edib.
Zümrüd
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)



















.jpg)

.jpg)