Ermənistan silahların 94 faizini bu ölkədən alır - SIPRI SİYAHI YAYDI
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan silahların 94 faizini bu ölkədən alır - SIPRI SİYAHI YAYDI

Ermənistanın son 5 ildə aldığı silahların 94%-i Rusiya istehsalıdır.

Publika.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) sənədində deyilir.

İqtisadiyyatı 2020-ci ilin ilk yarısında 13,7 faiz kiçilən və xarici borcu 8 milyard dollara çatan Ermənistanın hərbi sursat idxalı 2010-cu ildən bəri 415% artıb.

Bu silahların bir qismi Ermənistana pulsuz verilib.

Rusiyanın Ermənistana tədarük etdiyi sursatlar arasında S-300 və “Tor” hava hücumundan müdafiə sistemləri, “İsgəndər” qısamənzilli ballistik raket və Su-30 döyüş təyyarələri diqqət çəkir. Ermənistan bu silahlar üçün 2015-2019-cu il arasında 5 milyard dollar xərcləyib. rəsmi Moskva iqtisadiyyatı yerlə sürünən Ermənistana silahların pulunu verə bilməsi üçün uzunmüddətli kreditlər açıb.

Ermənistan son olaraq Risiyadan 200 milyon dollar dəyərində kredit götürərək həmin pula yenə Rusiyadan silah alınmasını ehtiva edən razılaşma imzalayıb. Silahlar Ermənistana 2018-ci ildə göndərilib.

Xalqının dörddə birinin yoxsulluq içində yaşadığı və xarici borcu bu il tarixinin ən yüksək səviyyəsinə çıxan Ermənistanın hərbi xərcləri çox zaman sual işarələri yaradır.

Dağlıq Qarabağda Ermənistanın işğalı ilə başlayan böhranın həlli üçün qurulan ATƏT-in Minsk Qrupunun həmsədri Rusiyanın Ermənistana silah verməsi tənqid hədəfinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məsələ ilə bağlı açıqlaması yaddaşlarda təzəliyini qoruyub saxlayır: “Atəşkəs istəyənlər Ermənistana silah göndərir. Siyahısı məndə var. Atəşkəs istəyən niyə silah göndərir?”

Azərbaycan və Qarabağ münaqişəsində ən böyük mənəvi-siyasi dəstək nümayiş etdirən Türkiyə hər şeyə rəğmən, Rusiyaya qarşı sanksiya tətbiq olunmasını dəstəkləmir, ABŞ-ın liderlik etdiyi anti-Rusiya bloqunun da tərkibində yer almır.

Qeyd etmək lazımdır ki, Rusiyanın təkcə Gümrüdəki bazasında 5 min əsgər, döyüş təyyarələri və raket əleyhinə sistemləri yerləşdirilib.

Prezident İlham Əliyev 26 oktyabrda xalqa müraciətində Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi Ermənistana məxsus silahların siyahısını açıqlamışdı.

Siyahı belədir:

  • 252 tank məhv edilib, 53ü ələ keçirilib.
  • 50 zirehli piyada döyüş maşını məhv edilib, 29u ələ keçirilib.
  • Müxtəlif kalibrlı 251 top məhv edilib, 24ü ələ keçirilib.
  • 61 top məhv edilib, 45i ələ keçirilib.
  • 53 tank əleyhinə, 82 Qrad, 2 Uraqan raket sistemi, 1 TAS raketi, 4 TOR, 4 KUB, 1 Kru1, 2 S125, 40-a yaxın OSA sistemi, 6 S-300 raket sistemi, 2 Elbrus ballistik raket sistemi, 1 Toçka-U ballistik raket sistemi, 20-si silahla dolu 231 yük maşını məhv edilib, 173-ü ələ keçirilib.

Ümumilikdə, Ermənistana 2 milyarda yaxın maddi zərər vurulub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm