Cənubi Qafqaz
Kaladze AÇIQLADI : "Gürcüstanda təkrar seçkiyə heç bir əsas yoxdur"
Oktyabrın 31-də keçirilmiş parlament seçkilərində texniki xarakterli pozuntular olub. Ümumilikdə isə seçkilər, azad, şəffaf və demokratik keçib. Ona görə də deyə bilərəm ki, Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze söyləyib.
Onun sözlərinə görə, parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini beynəlxalq və yerli müşahidəçilərdə təsdiq ediblər.
Səsvermədən sonra müşahidəçi olan beynəlxalq təşkilatlar və dost ölkələrdən də müvafiq qiymətləndirmələr təqdim edilib. Onların da sənəd və fikirlərində heç bir ciddi qanun pozuntusu qeyd olunmayıb.
Kaxa Kaladze deyib: “Növbədənkənar seçkilər səsvermə prosesinin saxtalaşdırıldığı zaman keçirilir. Gürcüstanda isə bu cür hallar olmayıb. Ona görə də təkrar və ya növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur”.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?