Gürcüstanda 5 minə yaxın tibb işçisi koronavirusa YOLUXDU
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda 5 minə yaxın tibb işçisi koronavirusa YOLUXDU

Gürcüstanda tibbi heyət arasında koronavirusa 5 minə yaxın yoluxma halı təsdiqlənib.

Publika.az ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

O, tibb işçilərinin daha çox ev şəraitində yoluxduğunu deyib.

Nazir müavininin sözlərinə görə, səhiyyə işçiləri arasında COVID-19-a ən çox yoluxma halları sentyabr ayının sonunda qeydə alınıb:

“Onların böyük əksəriyyəti artıq sağalaraq işə qayıdıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm