Cənubi Qafqaz
Köçəryan yenidən HƏBSƏ ATILA BİLƏR
Bu gün İrəvanın ümumi yurisdiksiya Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın adı keçən cinayət işinə baxılması prosesi bərpa ediləcək.
Publika.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkilləri feysbukda bildirib.
Qeyd edək, sabiq prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonunda Qarabağda müharibəyə görə dayandırılmışdı.
Xatırladaq ki, Ermənistanın ikinci prezidenti 2008-ci ilin 1 martında (həmin vaxt 10 insan öldürülüb-red) keçirilən etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində Konstitusiya quruluşunun devrilməsində ittiham edilir. Ona qarşı cinayət işi 2018-ci ildə Ermənistanda hakimiyyətin dəyişməsindən sonra başlayıb. Həmin vaxt Robert Koçaryan siyasətə qayıtdığını bildirib.
Sabiq prezident üç dəfə həbs edilib və həbsxanada ümumilikdə 500 gün keçirib. 2020-ci ilin iyununda Apelyasiya Məhkəməsi onun girov müqabilində həbsdən azad olunması barədə qərar çıxarıb.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan