Cənubi Qafqaz
Manukyan vəzifəyə gəlməmiş Ermənistan üçün fəlakəti açıqladı
Ermənistan iqtisadi fəlakətin astanasındadır.
Publika.az xəbər verir ki, 44 günlük müharibədə 3 milyard dollarlıq hərbi təchizatını itirən və 50 milyard dollar kompensasiya tələbi ilə üzləşən düşmən ölkədə məğlub baş nazir Nikol Paşinyanın yerinə namizəd göstərilən Vazgen Manukyan xalqına acı xəbərlər verməkdədir.
Gənclərlə iclas keçirən Manukyan Ermənistandakı iqtisadi vəziyyətin fəlakət olduğunu deyib. Bildirib ki, bu fəlakət dövlət büdcəsinin tətbiqində, adambaşına düşən ümumi daxili məhsul həcmində, sərmayə və regional itkilərdə özünü göstərəcək.
Onun sözlərinə görə, Qarabağın işğaldan azad olunması ilə 100 min hektar əkin sahəsi, 315 min hektar meşə sahəsi, 15 su elektrik stansiyası və 100 meqavatt enerji itirilib.
Bundan sonra məğlub Ermənistana heç bir normal iş adamı sərmayə yatırmaq istəməyəcək. Bununla da ölkə mövcud vəziyyətin içindən çıxa bilməyəcək.
Manukyan Ermənistanın daim düşmənliyə yenidən başlama təhdidi altında qeyri-sabit ölkə olduğunu vurğulayıb: “Ermənistandakı sərmayələr qazanc məqsədilə deyil, vətənpərvər insanlar tərəfindən qoyulub. Bu cür sərmayələr də böyük ölçüdə ola bilməz. Bu səbəbdən vəziyyəti heç cür dəyişdirə bilməz”.
Zümrüd
-
Hadisə14:38
Azərbaycan Ordusunun əsgəri vəfat etdi
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı