Cənubi Qafqaz
Ermənilər Göyçədən gedirlər: Qərbi Zəngəzurda nə baş verir? - VİDEO
Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir.
Publika.az xəbər verir ki, Ermənistan mediası bu bölgələrdəki vəziyyəti öyrənməyə çalışıb.
Geqarkunik (Göyçə mahalı) rayonunun Sotk ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib.
Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini deyib. Bildirib ki, kəndi tərk edənlər azdır, lakin işləmək üçün tez-tez xaricə üz tutanlar da var: “Təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi ciddidir”.
Zəngəzurun Xnatsax (Xanazax) qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzoyan isə insanların ərazini tərk etdiyini bildirib. O, kəndin boşalması haqda deyilənlərin doğru olmadığını deyib, lakin əlavə edib ki, “zaman-zaman gedənlər olur”.
Onun sözlərinə görə, hazırda qəsəbədə 130 ev var, halbuki, bir neçə il öncəyə qədər bu say 145 idi: “Sonuncu dəfə 3 ay əvvəl gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir”.
Ermənistanda sosial-demoqrafik vəziyyətin kəskinləşməsi, xüsusilə tarixi torpaqlarımız olan Qərbi Zəngəzur, Göyçə və digər bölgələrdə bunların yaşanması Azərbaycanın strateji maraqlarına uyğundur. Çünki tarixi torpaqlarımızda məskunlaşan ermənilərin getməsi Qərbi Azərbaycana qayıdış planında sərfəli ola bilər.
Asif
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)



.jpg)






















