Cənubi Qafqaz
Paşinyanın növbəti hiyləsi: “Qarabağ binası” niyə ləğv olunmur?
2023-cü ildə Qarabağdan Ermənistana qaçan separatçıların qalıqlarının İrəvanda toplaşdığı qondarma “artsax nümayəndəliyi” binası ilə bağlı məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, qondarma “nümayəndəliyin” binası ilə bağlı məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib.
Bu ilin 15 iyul tarixində Ermənistan Baş Prokurorluğu “nümayəndəliyin” binasının mülkiyyət hüquqlarının etibarsızlığı ilə bağlı İnzibati Məhkəməyə müraciət etmişdi. Avqustun 5-də isə separatçıların “vəkili” Roman Yeritsyan İrəvan şəhər məhkəməsində Ermənistan Respublikasına, konkret olaraq, Dövlət əmlakının idarə edilməsi komitəsinə qarşı iddia qaldırıb.
Hazırda Ermənistan hökuməti ilə separatçılar arasında “nümayəndəlik binası” ətrafında mübarizə gedir. Sözgedən bina 1997-ci ildə Robert Koçaryanın (həmin vaxt baş nazir idi) qərarı ilə separatçılara bağışlanıb.
“Hraparak” nəşri iddia edir ki, Paşinyan hakimiyyəti “nümayəndəlik” binasının ləğv edilməsi ilə bağlı qərar verməkdə tələsmir.
“Gözlənilir ki, bu bina Bakı ilə danışıqlarda “güzəşt” kimi ləğv edilsin”, - nəşr iddia edir.
Qarabağ münaqişəsi başa çatıb. ATƏT-in Minsk qrupunun ləğvindən sonra bu məsələ beynəlxalq müstəvidə də bağlandı. Buna baxmayaraq, separatçıların İrəvanda “nümayəndəliyinin” hələ də qalması, ümumiyyətlə onların Qarabağ adı altında fəaliyyət göstərməsi sülh prosesinə mənfi təsir edir.
Asif
-
İdman20:05Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı - YENİLƏNİR
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək

























.jpg)










