Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın... - Erməni jurnalistdən SENSASİON ETİRAF
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Azərbaycanla bacara bilməz, yeganə yol Rusiyanın... - Erməni jurnalistdən SENSASİON ETİRAF

“Türkiyənin Azərbaycanla hərbi istiqamətdə əməkdaşlığının güclənməsi qarşısında Ermənistanın gələcək təhdidlərə qarşı mexanizmlərinə ehtiyacı var. Ermənistanm Ankara-Bakı tandemi ilə rəqabət edə bilməz, amma hələ də bir çıxış yolu ola bilər”.

Publika.az xəbər verir ki, erməni jurnalist Aşot Safaryan Ankara ilə Bakı arasında artan hərbi əməkdaşlığın erməni tərəfində çox ciddi narahatlığa səbəb olduğunu yazıb.

Bildirir ki, ermənilər Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəkdən sonra Türkiyə-Azərbaycan tandeminin təmsil etdiyi hərbi-siyasi birliyin yaradılması ehtimalı qarşısında təşviş keçirir və onlar üçün indi yeganə yol Rusiyaya sığınmaqdır: “Aydındır ki, kiçik Ermənistan bu təhlükəyə, xüsusən də, hərbi potensialının xeyli hissəsini itirəndən sonra müqavimət göstərə bilməz. Kiçik bir respublikanın Türkiyə və Azərbaycanla rəqabət edə bilməyəcəyi göz önündədir. Bu şərtlərdə İrəvan üçün güclü bir hərbi “çətir” in olması hər zamankından daha çox aktuallaşır və bu da Rusiya ilə strateji ittifaqa yeni əhəmiyyət verir. Aydındır ki, məsələni təkcə ən müasir silahlarla təchiz olunmaqla həll etmək olmaz. Vəziyyət silah olmayan bir çox problemin həllini tələb edir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm