Cənubi Qafqaz
Ermənistanda 7 nazir istefaya göndərildi - Siyasi böhranın əsl səbəbi...
Ermənistandakı siyasi böhran dövlət idarəetmə sisteminin təbii ritminə mənfi təsir göstərir.
Publika.az xəbər verir ki, bunu erməni analitik Serob Antinyan deyib.
Ermənistan hökumətindəki son istefalar və təyinatları şərh edən S.Antinyan bildirib ki, ən yüksək səviyyədə kadr dəyişikliyi idarəetmə elmi baxımından birmənalı qarşılanmır. Bu, əslində işləməyən, gözləmə rejimində olan dövlət idarəetmə sistemində ciddi böhran olduğunu göstərir. Eyni zamanda, verilən tapşırıqları effektiv həll edə bilən mütəxəssislərin ciddi çatışmazlığı var.
Onun fikrincə, başqa sahələrdən olan şəxslərin siyasi qərarlar qəbul etməli və sahəyə hakim olmalı olan nazir və müavinləri vəzifələrinə təyin olunması bunun bariz sübutudur.
Qeyd edək ki, Qarabağ müharibəsindən sonra Ermənistanda 7 nazir istefaya göndərilib. Son olaraq yanvarın 18-də Arsen Torosyan səhiyyə naziri vəzifəsini tərk edib. 20 yanvarda isə Narine Xaçaturyan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini vəzifəsindən istefa verib.
Zümrüd
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO