Paşinyan Mnatsakanyanı geri qaytarır
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Mnatsakanyanı geri qaytarır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı səfirini dəyişəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Paşinyan Ermənistanın ABŞ və Ukraynadakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin dəyişdirilməsi ilə kifayətlənməyəcək.

Mənbələrdə bu vəzifəyə kimin təyin ediləcəyi dəqiq göstərilməyib, lakin Paşinyanın Ermənistan səfirini siyasi xadimlə əvəzləməkdə qətiyyətli olduğu iddia edilir.

Bununla birlikdə, Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Zohrab Mnatsakanyanın Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin oluna biləcəyi barədə məlumatlar yayılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm