İrəvanda GƏRGİNLİK ARTIR: Polis binası mühasirəyə alındı
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda GƏRGİNLİK ARTIR: Polis binası mühasirəyə alındı

İrəvanda Baş nazir Nikol Paşinyana qarşı keçirilən aksiyaların arialı böyüyür.

Publika.az TASS-a istinadla xəbər verir ki, hazırda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıblar.

Paytaxt mərkəzinə yerləşən idarənin binasını mühasirəyə alan "Vətənin xilası naminə" müxalifət hərəkatının tərəfdarları polis rəisi Vaqe Kazaryanla görüş tələb edirlər.

"Biz indi polisin binasını mühasirəyə alırıq və polis rəisinin yanımıza gəlməsini tələb edirik. O, tabeçiliyində olanların etdiyi bütün vəhşiliklərinə görə cavab verməlidir", - deyə aksiyanın təşkilatçılarından olan "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm