Paşinyanın dəhşətli əməlləri: insanları avtobuslara doldurub... - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın dəhşətli əməlləri: insanları avtobuslara doldurub... - FOTO (YENİLƏNDİ)

Vanadzor şəhərində insanlar avtobuslara mindirilərək baş nazir Nikol Paşinyanın İrəvanda planlaşdırılan mitinqinə aparılır.

Publika.az xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı yazıb.

Bildirilib ki, Mədəniyyət Evinin yaxınlığındakı ərazidən inzibati resurslardan istifadə edərək insanları avtobuslara yığırlar.

***

16:18

Ermənistanın Gümrü bölgəsinin sakinləri məcburi şəkildə baş nazir Nikol Paşinyanın İrəvanda keçiriləcək mitinqinə göndərilir.

Publika.az xəbər verir ki, bunu erməni politoloq Gaqik Qambaryan bildirib.

Onun sözlərinə görə, əvvəllər heç bir hökumət altında bu qədər inzibati resurs istifadə edilməyib. Gümrüdən yayılan məlumatlara görə, Nikolun mitinqində iştirak etmək üçün çox sayda polis İrəvana aparılıb.

Bundan başqa, Ararat bölgəsinin Urtsadzor icmasının rəhbəri Rafik Andreasyan “Spayka” şirkəti işçilərinin mitinqə avtobus və mikroavtobuslarla göndərildiyini açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm