Azərbaycanın Ermənistan ordusuna vurduğu zərbənin şiddəti: polkovnik və generallar...
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanın Ermənistan ordusuna vurduğu zərbənin şiddəti: polkovnik və generallar...

Ermənistanda müqavilə ilə hərbi xidmət üçün yaş həddi 63 yaşa qaldırılacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkə parlamentində qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Müdafiə və Təhlükəsizlik Daimi Parlament Komissiyasının iclasında bildirilib.

Qeyd olunub ki, Parlaq Ermənistan Partiyası "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna bir neçə dəfə dəyişiklikləri nəzərdə tutan layihəni ixtisas komissiyasına baxılması üçün təqdim edib. Bu dəyişikliklərdən sonra ehtiyatda olan kişi və qadın vətəndaşların yanında, orduda ehtiyatda olmayan, 63 yaşına çatmamış vətəndaşlar da hərbi xidmətə gələrək silahlı qüvvələrdə müqaviləli əsgər sıralarına qoşula biləcəklər. Müqaviləli xidmət üçün yaş həddi 63 yaş, "general-polkovnik" və "ordu generalı" rütbəli zabitlər üçün 65 yaşa qədər təyin olunacaq.

Bu qanunvericilik təşəbbüsü daimi parlament komissiyasından müsbət rəy alıb.

Sözügedən qanuna dəyişiklik 44 günlük müharibədə Ermənistan ordusunun böyük itkilər verməsi və şəxsi heyətində sürətli azalma ilə əlaqələndirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm