Saakaşvilidən Gürcüstana ŞOK TƏKLİF: küçəyə çıxacağam və...
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvilidən Gürcüstana ŞOK TƏKLİF: küçəyə çıxacağam və...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan rəhbərliyinə onun 24 saat ölkəyə girməsinə və əhalinin reaksiyasını görməyə icazə verməsini təklif edib.

Publika.az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Gəlin, araşdırma eksperimenti aparaq. Məni ölkəyə buraxsınlar və 24 saat ərzində küçədə gəzməyə şərait yaratsınlar. And içirəm, mən müdafiəsiz olacam. Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verək. Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına qədəm basan kimi onların (hazırkı səlahiyyətlilər - red.) dəstəyinin 5, mənimkinin isə 70-75 faiz olduğu aydınlaşacaq?”,- Saakaşvili “Pirveli” televiziyasının efirində deyib.

Onun sözlərinə görə, Gürcüstan rəsmiləri Ukraynaya bir dəfədən çox gəlib və yerli hakimiyyət orqanlarından onu Gürcüstan tərəfinə təhvil verməmələrini xahiş edib.

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, burada ona qarşı bir çox cinayət işi açılıb. Bəzilərində qiyabi həbs cəzasına məhkum edilib. 2015-ci ilin yazında Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsini tutaraq Ukrayna siyasətinə girib və Ukrayna vətəndaşlığı alıb. Lakin 2016-cı ilin noyabrında işdən qovulub. Prezident Petro Poroşenkonun o zaman bildirdiyi kimi, Saakaşvili bölgənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirməməklə yanaşı, iqtisadi göstəricilərini də xeyli pisləşdirib. 2017-ci ilin iyul ayının sonunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Ukraynanın yeni prezidenti Vladimir Zelenski 28 may 2019-cu il tarixində Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb və bundan sonra, o, Ukraynaya qayıdıb. Siyasətçi Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm