Ermənistan hakimiyyəti böyük problemlərlə toqquşacaq - Mantaşyan
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan hakimiyyəti böyük problemlərlə toqquşacaq - Mantaşyan

Hakimiyyət maksimum 1,5 il həzz ala biləcək.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Blokunun rəsmi nümayəndəsi Narek Mantaşyan deyib.

O, Ermənistan hökumətinin daha böyük problemlərlə toqquşacağını və bunlara cavab verə bilməyəcəyini bildirib.

Mantaşyan həmçinin hakimiyyətin təbliğat maşınının yalnız Köçəryan və blokunu ləkələmək üçün işlədiyini deyib.

Onun sözlərinə görə, Ermənistan Bloku parlamentdə hər konkret situasiyaya lazımi qiymət verəcək: “Əgər situasiya bizim parlament tribunasını tutmağımızı tələb etsə, əmin olun ki, tribuna tutulacaq. Xalq müxalifətin necə olmaq lazım olduğunu görəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm