Cənubi Qafqaz
Paşinyanın yeni niyyəti: Qarabağ ikinci plana keçib?
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı planlarından bəhs edib.
Publika.az Hit.az-a istinadən xəbər verir ki, o, Paşinyanın Azərbaycanla çərçivə sazişi imzalamaq niyyətində olduğunu və Qarabağ məsələsini ikinci plana keçirmək istədiyini iddia edib.
Aşotyan deyib ki, Paşinyan Qarabağ məsələsi ətrafında "qurtuluş naminə ayrılma" prinsipi ilə danışıqları davam etdirmək niyyətindədir. "Və bu niyyətləri Minsk qrupunun həmsədr ölkələri ilə razılaşdırılmayıb. 21 iyun tarixində meydanda kapitulyant-degenerator bəyan edib ki, ən yaxşı həll yolu "qurtuluş naminə ayrılma"dır. Qarabağ məsələsi ilə əlaqədar, bu vətəni olmayan əclafın son uydurmaları, nə Minsk Qrupunun həmsədri, nə də başqa bir ölkə ilə razılaşdırılmayıb. Bu o deməkdir ki, bu səfeh yenə də beynəlxalq ictimaiyyətin dəstəyini almayaraq, Qarabağ məsələsində oyunu oynamağa çalışacaq".
Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət Qarabağ məsələsini həll edilmiş hesab etməyə meyllidir.
"Qərb yalnız bir şey haqqında düşünür: Rusiya sülhməramlılarını bölgədən necə çıxarmaq olar. Rusiya isə bölgədəki mövqeyini möhkəmləndirmək, status məsələsini vəziyyəti sakitləşdirmək üçün nə qədər təxirə salmaq barədə çalışır".
Aşotyan hesab edir ki, bu seçkilər nəticəsində bir sıra məsələlər meydana çıxacaq:
"Bu, təslimçi sui-qəsdçinin siyasi gündəmində Ermənistandan gözlənilən gözləntilər digər taleyüklü güzəştləri meydana çıxaracaq. Məsələ delimitasiya və demarkasiya məsələləri, həmçinin Qarabağla bağlı danışıqların tamamilə dondurulması da daxil olmaqla, Azərbaycanla çərçivə razılaşmasından gedir".
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ


















.jpg)

















