Gürcüstanda daha 48 nəfər koronavirusdan öldü
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda daha 48 nəfər koronavirusdan öldü

Gürcüstanda koronavirusa yoluxma və ölüm sayı yüksək olaraq qalmaqdadır.

Publika.az xəbər verir ki, qonşu ölkədə son sutkada daha 3 803 nəfərə koronavirus diaqnozu qoyulub, virusun aşkarlandığı 48 nəfər vəfat edib.

Beləliklə Gürcüstanda COVID-19-a yoluxanların sayı 514 744-ə, ölənlərin sayı isə 6 771-ə çatıb.

Hazırda ölkə üzrə aktiv xəstə sayı 59 659 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm