Hadrutun kəndlərinə hücum əmri verən komandir HƏBS EDİLDİ
Bizi izləyin

Cənubi Qafqaz

Hadrutun kəndlərinə hücum əmri verən komandir HƏBS EDİLDİ

Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni hərbçilərin əsir götürülməsi işində təqsirləndirilən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib.

Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Kazaryan döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarını pozmaqda, xidmətdə səhlənkarlıqda, döyüş sahəsini icazəsiz tərk etməkdə, hərbi hissədən və ya xidmət yerindən icazəsiz imtina və silahla hərəkət etməkdən imtina etmək maddələri ilə ittiham olunur.

Hazırda Kazaryan həbs edilib, ibtidai istintaq davam edir.

Qeyd edək ki, qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Kazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.

Xatırladaq ki, 62 erməni hərbçisi Hadrut rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə hücum zamanı Azərbaycan ordusu tərəfindən əsir götürülüblər. Hadisə üçtərəfli bəyannaməsinin imzalanmasından sonra baş verib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm