Cənubi Qafqaz
Paşinyan ETİRAF ETDİ: "Azərbaycan tərəfi həmin məqamdan istifadə edir"
“2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb”.
Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib: “Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb”.
N.Paşinyan bildirib ki, 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub: “Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından, ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir”.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi