Sarkisyan Səudiyyə Ərəbistanına səfər etdi
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyan Səudiyyə Ərəbistanına səfər etdi

Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına səfər edib.

Publika.az "Armenpress"ə istinadla xəbər verir ki, onu Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur.

Səudiyyə Ərəbistanı I Qarabağ Müharibəsində Azərbaycanı dəstəkləyib və işğal səbəbilə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib.

Armen Sarkisyan Səudiyyə Ərəbistanına rəsmi səfər edən ilk Ermənistan siyasətçisidir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm