Gürcüstanda yanacağın qiyməti KƏSKİN BAHALAŞDI
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda yanacağın qiyməti KƏSKİN BAHALAŞDI

Gürcüstanda son iki həftə ərzində bütün yanacaq növlərinin qiymətlərində artım müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə yerli BPN nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda “Regular 92” markalı benzinin orta qiyməti 2,94 lari təşkil edir, iki həftə öncə isə qiymət 2,82 lari idi.

“Super” markalı benzin isə iki həftə bundan qabaq 3,10 lariyə təklif olunurdusa, hazırda 3,17 lariyə satılır.

Qeyd olunub ki, maye qazın (LPG) da qiyməti artır. Hazırda qiyməti 2 lariyə bərabərdir, lakin iki həftə öncə 1,9 lariyə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm