Gürcüstanda koronavirusdan ölüm halları artacaq - SƏBƏB
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda koronavirusdan ölüm halları artacaq - SƏBƏB

Gürcüstanda koronavirusdan ölüm hallarının atımı gözlənilir.

Publika.az xəbər verir ki, bu bəyanatla Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze çıxış edib.

Onun sözlərinə görə, hazırda COVID-19 virusu ilə əlaqədar xəstəxanalara, xüsusən də reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin böyük əksəriyyəti vaksinasiya olunmayan insanlardır.

“Koronavirus ölümlərindən danışmaq çətindir, amma təəssüf ki, bizdə ölüm halları artacaq, çünki ağır xəstələrin 1500-dən çoxu tibb müəssisələrindədir və onlardan 300-dən çoxu ağciyərin süni ventilyasiyası cihazlarına qoşulub”, - deyə Qamkrelidze vurğulayıb.

O, əhalini kütləvi vaksinasiya marafonuna fəal qoşulmağa dəvət edib. Bildirib ki, koronavirusa yoluxmanın və bu virusdan ölüm hallarının qarşısının alınmasının yeganə yolu vaksinasiyadır.

Qeyd edək ki, son sutkada Gürcüstanda daha 4104 nəfər koronavirusa yoluxub, 67 pasiyent vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm