Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu... - Qriqoryan DANIŞDI
Bizi izləyin

Cənubi Qafqaz

Zəngəzur dəhlizinin marşrutu: Xınzirək-Biçənək yolu... - Qriqoryan DANIŞDI

"Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi İşçi Qrupu çərçivəsində Azərbaycan tərəfinə Ermənistan vasitəsilə Naxçıvana yolun verilməsi imkanlarını müzakirə edilir".

Publika.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

"Əgər Azərbaycan təkcə Naxçıvana yol istəyirsə, o zaman Xınzirək-Biçənək hissəsindən istifadə etməsi məqsədəuyğundur. Amma bu məsələlər hələ də müzakirə olunur", - Qriqoryan deyib.

Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir.

Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Rusiya və Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlardan sonra Baş nazir müavinlərinin rəhbərliyi ilə işçi qrupunun yaradılıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm