• USD 1,7000 0,00% EUR 1,9262 +0,30%
    • GBP 2,2640 -0,01% RUB 0,0230 +0,43%

Gürcüstana gedənlərin NƏZƏRİNƏ: qaydalar sərtləşdirilir, cərimələr artırılır

Gürcüstana gedənlərin NƏZƏRİNƏ: qaydalar sərtləşdirilir, cərimələr artırılır

Gürcüstanın quru sərhədlərində müəyyən edilmiş sərhəd rejiminin pozulmasına görə inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, bununla bağlı dəyişikliklər layihəsini Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri Parlamentə təqdim ediblər.

Qanun layihəsinə əsasən, Gürcüstanın və ya həmsərhəd dövlətin ərazisində sərhəd mühafizə obyektlərinin, sərhəd mühafizə vasitələrinin, foto/video/aerofotoçəkilişləri hüquqpozma kimi müəyyən ediləcək və qaydanı pozan şəxslər inzibati məsuliyyət kimi 50 lari məbləğində cərimə olunacaqlar.

Bundan başqa, parlamentin təşəbbüsü ilə hazırlanan layihədə Gürcüstanın dövlət sərhəddinin quru hissəsində sərhəd tənzimləməsinin hərəkətinə mane olan pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. Sərhəd infrastrukturunun (o cümlədən, sərhəd nişanları, dövlət sərhədinin mühafizəsinin texniki vasitələri və s.) zədələnməsinə və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur, buna görə sanksiya kimi 350 lari məbləğində cərimə nəzərdə tutulur.

Həmçinin, Gürcüstan dövlət sərhəddinin quru hissəsində “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş sənaye, ticarət, obyekt xidmətləri, tikinti, lisenziyalaşdırma fəaliyyəti zamanı qanun pozuntusu baş verərsə, fiziki şəxslərin 50, hüquqi şəxslərin isə 200 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.

Bundan başqa, Gürcüstanın dövlət sərhəddinin quru hissəsində Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd rejiminin turistik, elmi-tədqiqat, ovçuluq, kənd təsərrüfatı və ya qeyri-sahibkarlıq fəaliyyətinə görə pozulması 20 lari məbləğində cərimə ilə nəticələnəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR