Rusiya hərbçiləri Ermənistanda: sərhədlərin delimitasiyası bu tarixdə başlayır - İDDİA
Bizi izləyin

Cənubi Qafqaz

Rusiya hərbçiləri Ermənistanda: sərhədlərin delimitasiyası bu tarixdə başlayır - İDDİA

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti İrəvana səfər edib.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Nəşr mənbələrinə istinadən bildirir ki, gələn nümayənə heyəti Rusiyanın Delimitasiya və Demarkasiya Komissiyasının üzvləridir.

“Demarkasiya və delimitasiya prosesinə bu həftə başlanacaq. Komissiyanın işinə Rusiyadan general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək”, - nəşr qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin informasiya şöbəsinin rəisi Qorq Altunyan nəşrə açıqlamasında bildirib ki, Rusiya nümayəndə heyətinin gəlişi məxfi xarakter daşıyır.

Müdafiə Nazirliyi daha sonra məlumatı təkzib edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm