Paşinyan Putinə görə erməniləri küçələrə tökdü - İrəvandan video
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Putinə görə erməniləri küçələrə tökdü - İrəvandan video

KTMT sammitində iştirak etmək üçün İrəvana gələn Rusiya Prezidenti Vladimir Putin Ermənistan paytaxtında qarşılanıb.

Publika.az xəbər verir ki, Rusiya liderinin məşhur “Aurus” limuzininin olduğu kortej "Pobeda" körpüsünə toplaşan insanların yanından keçəndə onlar Rusiya bayraqlarını dalğalandırmağa başlayıblar. Yüzlərlə insan Putini qarşılamaq üçün üç saatdan çox gözləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səkkiz dəfə səfər edib. Bundan əvvəl Rusiya lideri 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitində iştirak edərkən İrəvanda olub.

Putin bu dəfə KTMT sammitində iştirak edəcək. Noyabrın 23-də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın rəhbərləri strukturun effektivliyinin artırılmasına yönəlmiş bir sıra əsas sənədləri müzakirə edəcəklər.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm