Cənubi Qafqaz
Sarkisyan və qızları məhkəməyə çağırıldı: xəbərdarlıq edilib ki...

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıblar.
Publika.az xəbər verir ki, məlumata görə, onlar bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınırlar və ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na (15:00) təyin edilib.
Həmin gün eks-prezidentin qardaşı oğlu Narek Sarkisyan və həyat yoldaşı Anna Nikoyan da məhkəməyə çağırılıb. Onlar 19 yanvar 2023-cü ildə, lakin saat 11:00-da yenidən məhkəməyə gəlməlidirlər.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xəbərdarlıq edib ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidentinin qardaşı Levon Sarkisyan, onun qızı Ani və oğlu Narek də pul mənimsəməkdə, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar. Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.
Akqabay

-
ABŞ19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır
-
Nəqliyyat18:50
Avtobuslarda məsafəyə uyğun ödəniş sistemi tətbiq ediləcək - Bu tarixdən...
-
Ekologiya18:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya17:35
48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib - FOTOLAR
-
Rəsmi xronika17:33
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:36
Hərbi prokurora yeni müavin təyin olundu