Ermənistanda hərbçilər qəzaya düşdü - Ölənlər var
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda hərbçilər qəzaya düşdü - Ölənlər var

Sünikdə hərbi UAZ aşıb, iki nəfər ölüb.

Publika.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın Sünik rayonunun Xnatsax kəndi yaxınlığında baş verən qəza nəticəsində iki hərbçi həlak olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Fevralın 19-da saat 19:40 radələrində Xnatsax kəndi yaxınlığında qar uçqunu nəticəsində Müdafiə Nazirliyinin “UAZ” markalı avtomobili dərəyə yuvarlanıb, nəticədə müqaviləli hərbçilər Zorand Qrantoviç Arzumanyan və Zorak Samveloviç Yeranosyan həlak olublar”, - məlumatda deyilir.

Daha iki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm