Cənubi Qafqaz
Mirzoyana sui-qəsd cəhdi: bir nəfər həbs edildi
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) parlamentin eks-spikeri, hazırda isə Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanı öldürməyə cəhddə şübhəli bilinən vətəndaşlardan birini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 10-na keçən gecə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalamasından xəbər tutan Ermənistan vətəndaşı T.A. İrəvandakı parlament binasına gedib.
Orada, eləcə də hökumət binalarında həmin vaxt iğtişaşlar olub. Mirzoyanın avtomobilini Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində görən T.A. iğtişaşçıların qalan hissəsinə qoşulub, onlar maşını saxlayıb, Mirzoyanı maşından sürüyərək düşürüb və döyməyə başlayıblar.
Müəyyən edilib ki, fəallar Mirzoyanın başına təpik vurublar, nəticədə eks-spiker çoxsaylı sınıqlar və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
T.A ilə bağlı cinayət işi başlanıb. Milli Təhlükəsizlik Xidməti onun iki ay müddətinə həbs edilməsi ilə bağlı vəsatəti məhkəməyə təqdim edib və təmin edilib.
Akqabay
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO