Cənubi Qafqaz
Sülh sazişindən nə xəbər var? - Armen Qriqoryan tarixi AÇIQLADI

"Bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkündür".
Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, İrəvanla Bakı arasında danışıqlar çox intensiv gedir və hazırkı temp qorunub saxlanılarsa, eləcə də digər ölkələrin yardımı ilə 2023-cü ilin sonuna qədər sülh sazişinin imzalanması mümkündür.
"Biz sazişi mümkün qədər tez imzalamaq əzmindəyik", - Təhlükəsizlik Şurasının katibi deyib.
Qeyd edək ki, may ayında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ABŞ-da aparılan danışıqlar zamanı sülh müqaviləsinin iki maddəsi üzrə razılığa gəliblər .
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib.
Hüseyn İbadlı

-
Nida Xəbər 21:22
Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı
-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...
-
Nida Xəbər 18:30
Xankəndidəki ilk erməni sakinə tibbi xidmət göstərildi - VİDEO