Cənubi Qafqaz
Dağlıq Qarabağın statusu ilə bağlı heç nəyə iddia etmir və buna cəhd də göstərmirik - Mirzoyan

Ermənistan Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil.
Publika.az "News.am"a istinadən xəbər verir ki, bunu iyunun 5-də Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazirin sözlərinə görə, Ermənistanın bunun üçün heç bir mandatı yoxdur. “Bəli, biz Dağlıq Qarabağ xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz heç nəyə iddia etmirik və buna cəhd də göstərmirik”, - Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində yalnız Dağlıq Qarabağ əhalisi ilə rəsmi Bakı arasında dialoq mexanizmi müzakirə edilir.
Nazir bildirib ki, Ermənistan yalnız bu dialoqun başlanması üçün mexanizmin, eləcə də platformanın yaradılmasını təmin etməlidir.
Mehti Kamiloğlu

-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...
-
Nida Xəbər 18:30
Xankəndidəki ilk erməni sakinə tibbi xidmət göstərildi - VİDEO
-
Nida Təhlil 17:47
Azərbaycanlıların etnik təmizlənməsini BMT və Rusiya birgə həyata keçirib: ŞOK FAKTLAR
-
Sosial16:55
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək