Cənubi Qafqaz
Aİ-nin bayrağını yandırdılar - Prezidenti satqın adlandırdılar
Tbilisidə Gürcüstan prezidentinin iqamətgahı qarşısında Avropa İttifaqının bayrağı yandırılıb.
Publika.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Mtavai” telekanalının təsisçisi və baş direktoru Nika Qvaramiyanın əfv olunduğunu elan etdikdən sonra bir qrup naməlum şəxs onun iqamətgahı yaxınlığında Aİ bayrağını yandırıb. Bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Etirazçılar xanım Zurabişvilini ölkəni Qərbə dəyişməkdə, vətənə xəyanətdə günahlandıraraq, onun Gürcüstandan çıxmasını tələb ediblər.
Hadisə yerinə polislər gəlib.
Qeyd edək ki, Gürcüstanda beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik münasibətdə olduğu ölkələrin bayraqlarının yandırılması qanun pozuntusudur. Buna görə 1000 lari (385 dollar) cərimə nəzərdə tutulub.
Mehti Kamiloğlu
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
















.jpg)


.jpg)
.png)
















