Cənubi Qafqaz
Berlin Cənubi Qafqazda Moskvaya qarşı - İrəvan və Bakıdan nə istəyirlər?
“Rusiyanın Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinə qarşı Ermənistan və Azərbaycanın Avropa ilə əlaqələrini gücləndirmək istəyini dəstəkləməliyik”.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
O bildirib ki, Rusiyanın regionda təsirini artırmağın qarşısını almaq Avropanın maraqlarına uyğundur. Əlavə edib ki, Avropa Ukraynanın nümunəsində Rusiyanın təsirinin güclənməsinin nəticələrini görüb.
“Ermənistanı Avropaya yaxınlaşdırmaq üçün siyasi və ekoloji əlaqələrin genişləndirilməsi fürsətlərdən biridir. Digər tərəfdən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməliyik. Mən iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək istəyirəm”, - o bildirib.
Alman nazir qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmək lazımdır: “Azərbaycan Almaniya və digər Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardandır. Biz Azərbaycandan etibarlı şəkildə neft və qaz alırıq”.
Asif
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı



















.jpg)


















