Cənubi Qafqaz
Zəngəzur dəhlizində geosiyasi hədəf: ABŞ 20 ildən sonra bunu etdi
Yaponiyanın “Nikkei Asia” portalı Zəngəzur dəhlizi layihəsinin geosiyasi tərəfləri haqqında məqalə dərc edib.
Publika.az xəbər verir ki, Mərkəzi Asiya-Qafqaz İnstitutunun araşdırma direktoru Svant Kornell və ABŞ Hərbi Dəniz Məktəbinin əməkdaşı Brenda Şaffer tərəfindən qələmə alınan məqalədə Vaşinqtonun 20 ildən sonra bölgəyə “tarixi dönüş etdiyi” qeyd olunur.
Məqalədə bildirilir ki, Tramp Administrasiyasının Azərbaycan və Ermənistan arasında sülh anlaşmasına vasitəçilik etməsinin strateji əhəmiyyəti var.
“Anlaşmanın ən vacib hissələrindən biri Amerika şirkətləri tərəfindən işlədiləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRİPP” (Zəngəzur dəhlizi-red) layihəsidir. 2026-cı ildə işə düşməsi gözlənilən bu marşrut dəmiryolu və avtomobil yolu vsitəsilə Qara dənizdən Çin sərhədinə qədər uzanan tranzit xətt formalaşdıracaq”, - məqalədə deyilir.
Müəlliflər yazır ki, ABŞ-ın bölgəyə qayıtmasını asanlaşdıran əsas amil türk təsirinin güclənməsi və türk dövlətləri arasındakı ittifaqın möhkəmlənməsi oldu: “Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın qurduğu blok bölgədə uzun müddətdir davam edən Rusiya və Çin təsirinə qarşı ilk dəfə konkret tarazlıq yaradır. Tramp Administrasiyası Türkiyənin Yaxın Şərqdə həlledici oyunçuya çevrildiyini fərq etdi. Ankaranın rolu Mərkəzi Asiyada da nəzərəçarpacaq dərəcədə artır. Vaşinqtonun Mərkəzi Asiyadakı son həmlələri Türkiyə və ABŞ təsirinin yüksəldiyini, İran və Rusiyanın nüfuzunun zəiflədiyini açıq şəkildə göstərir”.
Məqalədə bölgədəki vəziyyətə İranın nüfuz itkisinin də təsir etdiyi vurğulanır.
“İsraillə baş verən “12 günlük müharibə”dən sonra təhlükəsizlik məsələsində İrana etibar etməyin mümkün olmadığını anlayan Ermənistanın baş naziri Nikol Paşinyan üzünü ABŞ-a çevirdi, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı seçdi”, - müəlliflər yazırlar.
Asif
-
ABŞ03:19Trampın adı bu binadan silinəcək
-
Magazin101:40Azərin "Türklər gəlir"i oxudu, Ərdoğan müşayiət etdi - Video
-
ABŞ00:27Ağ Evdəki iclas yekunlaşdı: Trampın qərarı...
-
Ekologiya29 May 23:05Bakı sakinlərinə xəbərdarlıq
-
MDB29 May 22:48Rusiya Avropa ilə müharibəyə hazırlaşır? - Putin açıqladı
-
Region29 May 21:15Türkiyədə yüzdən çox turisti daşıyan gəmi batdı - Foto/Video
-
ABŞ29 May 19:51Tramp komandasını topladı: İranla bağlı son qərar veriləcək
-
İnanc29 May 19:00Qurban bayramında Azərbaycandakı bu ziyarətgahda böyük izdiham - Arzularının qəbul olunacağına inanırlar...















.jpg)


















