Tabloid.az
Kitab marketinin açılışı olacaq (R)
Publika.az-ın məlumatına görə martın 16-da Kitabevim.Az Kitab marketinin açılışı olacaq. Açılış günü bütün kitablara 20 faiz endirim tətbiq olunacaq.
Mağazalar Şəbəkəsinin yeni kitab marketi “28 May” stansiyası
yaxınlığında Puşkin 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində
yerləşir.
Minlərlə kitabın satışından əlavə, Kitabevim.Az kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunmuşdur.
Layihənin məqsədi kitab satışından çox mütaliənin təbliğatını
həyata keçirməkdir.
Kitabevim.Az Kitab marketinin təqribi məqsədləri bunlardır:
Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir
məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr
aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını
gəzdirmək üçün seçdiyi bir məkan yaratmaq, monitorlarda əhəmiyyətli
kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq.
Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə
də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə
satılır. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapa
bilərsiniz. Eyni zamanda, imza günləri keçirilməsi üçün geniş bir
guşə də nəzərdə tutmuşuq. Bu guşədə, həmçinin müxtəlif seminarlar,
diskussiyalar və yazarların oxucularla görüşləri təşkil
olunacaq.
“Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait
yaradılır. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası
da olacaq və müştərilər üçün müvafiq şərait yaradılır.
Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da
təsis edilib və oxucular güzəştli faizlərlə kitab almaq imkanı
qazanırlar.
“Oxucu klubu” guşəsində isə şəxsiyyət vəsiqəsi təqdim etməklə,
hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək
mümkündür.
Qeyd edək ki, yeni Kitabevim.Az Kitab Marketi “28 May” stansiyası yaxınlığında Puşkin 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində yerləşir.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...