Elçinin “Kölgə”si Türkiyədə
Bizi izləyin

Tabloid.az

Elçinin “Kölgə”si Türkiyədə

Xalq yazıçısı Elçinin əsərləri Türkiyədə çap olunub.

Publika.az xəbər verir ki, Türkiyənin ən nüfuzlu nəşriyyatlardan biri olan “Ötüken” xalq yazıçısının “Kölgə” adlı yeni kitabını nəşr edib. Kitaba müəllifin məşhur “Bayraqdar” və “Kaşeyin taleyi” povestləri, eləcə də, son illərdə yazdığı hekayələri daxil edilib.

Nəşriyyat bu əsərlər haqqında yazır:

“Elçin digər hekayə və romanlarında olduğu kimi, insanları yalnız təsvir edildikləri anlarda deyil, onların bütün varlıqlarını göstərməyi bacaran yazıçıdır”.

Kitabda müəllifin geniş bioqrafiyası da verilib.

Xalq yazıçısı Elçin Türkiyədə ən çox nəşr olunan müasir dünya yazıçılarından biridir. Onun həm roman, povest və hekayələri, həm də pyesləri qardaş ölkədə dəfələrlə nəşr olunub, bir çox şəhər teatrlarında tamaşaya qoyulub.

“Kölgə” Elçinin Türkiyədə nəşr olunan sayca iyirmi dördüncü kitabıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm