Tabloid.az
Mustafa Sandalın bu günkü konsertindən - FOTOLAR
Dünən türkiyəli müğənni Mustafa Sandal Bakıda konsert verib.
Heydər Əliyev Sarayında reallaşan konsertdə böyük çoşqu yaşanıb.
Türkiyədən gətirdiyi ansamblın müşayiəti ilə canlı ifalarını bir-birinə calayan Mustafa Sandalın konserti 2 hissədən ibarət olub. Tamaşaçıları ilə səmimi ünsiyyət quran müğənni ona gül verən hər bir pərəstişkarını öpərək təşəkkür edib. 19 il əvvəl Bakıda gəldiyini deyən Mustafa illər sonra yenidən azərbaycanlı tamaşaçılarının qarşısında olmaqdan böyük qürur duyduğunu söyləyib. Müğənni ifaları ilə yanaşı, zarafatları ilə də tamaşaçıları əyləndirə bilib. Mahnılar arasında kiçik mövzular haqqında söz açan Mustafa repertuarında yer alan ən sevilən mahnıları səsləndirib. “Araba” mahnısını oxuyarkən pərəstişkarlarının gurultulu alqışları ilə qarşılanan Mustafa bu sevgiyə layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib. O, səhnənin önündə şəkillərini çəkən fotoqrafı yanına dəvət edərək bütün zalın da görüntüsünün yer aldığı maraqlı foto çəkdirib.
Konsert müddətində müğənninin vokalisti azərbaycan dilində mahnı səsləndirib.
Xatırladaq ki, daha bir türkiyəli müğənni Bakıda konsert verəcək. İfaçı Gülşən mayın 25-də Heydər Əliyev Sarayında sevənlərinin qarşısına çıxacaq. /Axşam.az/
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan