
Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Addım" Gənclər Təşkilatının "Sağlam Həyat Yaradıcılıq Sərgisi" adlı layihəsinın mükafatlandırma mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, layihə
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” gənclər arasında sağlam
həyat tərzinin təbliğ olunması ilə bağlı dövlət proqramına əsasən
həyata keçirilib. Eyni zamanda, gənclər arasında sağlam həyat tərzi
və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin
genişləndirilməsi nəzərdə tutulub. "Sağlam Həyat Yaradıcılıq
Sərgisi" layihəsi çərçivəsində yaradıcı gənclər festivala foto,
video, musiqi, rəsm əsəri bölümündə müxtəlif yaradıcılıq işləri
təqdim ediblər. Münsiflər heyətində Gənclər və İdman Nazirliyinin
sektor müdiri Nərmin Aslanbəyli, xalq artisti Brilliant Dadaşova,
əməkdar incəsənət xaidimi Fəxriyyə Xələfova, xalq rəssamı Ağaəli
İbrahimov, bəstəkar İsa Məlikov, jurnalist Ülkər Qasımova iştirak
ediblər.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira
Hacıyeva və "Addım” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə
iştirakçılara uğurlar arzu ediblər.
Müsabiqənin nəticələrinə görə, video bölümündə gənc aktrisa və rejissor Zarina Qurbanova birincilik qazanıb. Cəkdiyi qısa metrajlı film tamaşaçılar və münsiflər heyəti tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Qeyd edək ki, gənc aktrisa Zarina Qurbanovanı tezliklə yeni serial və bədii filmlərdə görəcəyik.
Cəvahir Səlimqızı