Tabloid.az
Şou əhli harada dincələcək? – SORĞU
Yayın istisi özünü göstərib. Artıq şou əhlinin bir hissəsi şələ-şüləsini yığışdırıb dincəlməyə üz tutub. Qalanları görəsən harda dincələcək?
Publika.az sənətçilər arasında sorğu keçirib.
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova okean səyahətini çox sevdiyindən Atlantik okeanına üz tutacaq. Özü də qızı Gülərlə birgə. Hər il olduğu kimi, aktrisa bu il də, azı, bir ay dincələcək.
Əməkdar artist Elza Seyidcahan hələlik dincəlmək barədə düşünmür. Çünki ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasında münsif kürsüsündə təmsil olunur. Qarşıdan da müğənninin ad günü gəlir. İyulun 7-də sənətçi hələ doğmalarını başına yığıb doğum günü mərasimi də edəcək. Başı açılandan sonra isə dincəlmək barədə düşünəcək. Elza onu da bildirdi ki, az öncə xəstəxanada əməliyyat olunan zaman dincəlib: “Mənə orada əla qulluq edirdilər. Gündə üç dəfə dietik yemək verirdilər. Pəncərəmin qarşısında şam ağaclarının mənzərəsi məni daha da dincəldirdi”.
Müğənni Samir Piriyev yayın gəlişini Türkiyədə Bodrum şəhərində qarşılayıb. Bir aydan artıqdır ki, o, ailəsi ilə birgə Bodrumda dincəlir.
Müğənni Ayan Babakişiyeva istirahət üçün bir neçə ölkə seçib. Dediyinə görə, əvvəlcə qardaşı ilə birgə İspaniyanın Barselona şəhərinə gedəcək. Daha sonra qızı Selenanı da götürüb rayonlara üz tutacaq.
Rəqqasə Fatimə Fətəliyeva bütün vaxtını, hələ ki, yaradıcılığına sərf edir: “İnan ki, hələ yayın gəlişini hiss etmirəm. İşlərim o qədər çoxdur ki... Görəcəyim işlərçoxdur, onları yoluna qoyandan sonra istirahət üçün plan quracağam”.
Müğənni Ədalət bu il də dostları ilə birgə xarici ölkələrə səfər edəcək. Yəqin ki, qayıdanda kliplə qayıdacaq. Axı Ədalət getdiyi yerlərdə klip çəkdirməyə, daha doğrusu, oradan görüntülərini lentə almağa öyrəşib.
Sevda Kazımova da, hələ ki, yaradıcılqla məşğuldur. Amma istilər güclənəndə o, Azərbaycanın səfalı güşələrinə üz tutacaq.
Hazırda Günay İbrahimli Türkiyədə, Emil Bədəlov isə ailəsi ilə birgə Gəncədə dincəlir.
Cəvahir Səlimqızı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu