"Ovcunda su ver, içim" - Xanım İsmayılqızından oğluna
Bizi izləyin

Tabloid.az

"Ovcunda su ver, içim" - Xanım İsmayılqızından oğluna

Xanım İsmayılqızı qəflətən ürək tutmasından dünyasını dəyişən oğlu Fəridin ölümünə şeir yazaraq sosial şəbəkədə bölüşüb. Publika.az-ın məlumatına görə, o, dərdi ilə baş-başa qalıb:


“Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərlə necə doğmalaşdığımı anladım. Neçə gündü dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək yanımda olduğunuza görə hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm. Çox sağ olun”.

Şairə dünyasını dəyişmiş oğluna şeir də həsr edib:

Oğlum

Susuzluqdan yanıram,
Ovcunda su ver, içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
OĞLUM...

Qeyd edək ki, xanım şairənin oğlu Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm