Tabloid.az
Üzərində üzərrik gəzdirən əməkdar artist kimdir?
Əməkdar artist, skripkaçı Səlim bədnəzərdən qorxur.
Sənətçi hətta buna görə önləyici tədbirlər gördüyünü də gizlətmir: “Bir dəfə konsert verdiyim yerdə qəfildən skripkamın simi qırıldı, çıxılmaz vəziyyətə düşdüm. Başa düşdüm ki, bədnəzərə gəlmişəm. Çox olub e belə hallar. Bir dəfə bir məclisdə idik. Hamı gəldi, görüşdü, o qədər təriflədilər ki, gözə gəldim. Həmin gün Qubaya yola düşürdüm, konsertə. Yolda yağışa düşdük, aşağı sürətlə sürməyimə baxmayaraq, maşın gözlənilmədən sürüşdü və qəza vəziyyəti yarandı. Böyük bir təhlükədən qurtardıq. Bir dəfə də xaricə konsert verməyə gedirdim, bir dostuma bu barədə danışdım, gördüm, çox pis oldu, amma üzə vurmadı. Xaricə gedib çatanda disklərim açılmadı. Zəng elədim, yenidən yazdırıb mənə göndərdilər”.
Səlim bütün bu hadisələrin əsasında bədnəzərin dayandığını düşünür. Buna görə də skripkaçı hər zaman üzərində üzərrik gəzdirdiyini deyir: “Üzərriyi skripkamın içinə qoyuram. Mütləq üzərimdə üzərrik olmalıdır”.
Cəvahir Səlimqızı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq