Tabloid.az
Özbəkistan telekanalında Azərbaycan milli geyimlərinə həsr olunmuş veriliş
Özbəkistanın "Dunyo boylab" telekanalı "Dünya xalqlarının milli libasları" silsiləsindən verilişlər hazırlayır. Telekanalın bu silsilədən növbəti verilişi Azərbaycan milli geyimlərinə həsr olunub.
Publika.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına
istinadən məlumat verir ki, "Azərbaycan milli libasları"
verilişində xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin şəhərləri,
adət-ənənələri haqqında məlumat verilib, Cənubi Qafqazın ən böyük
dövləti olan Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi
uğurlar, həyata keçirilən layihələr haqqında söhbət açılıb.
Proqramda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzində olan milli geyimlərimiz haqqında geniş məlumat verilib,
Mərkəzin direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti, adət və
ənənələri haqqında çıxış edib, milli geyimlərimiz nümayiş
etdirilib. Mərkəzin həyətində qurulmuş Azərbaycan mədəniyyətini
tərənnüm edən ekspozisiya, milli musiqi alətlərindən ibarət sərgi,
milli geyimli qızların çıxışı tamaşaçıların marağına səbəb
olub.
Qeyd edək ki, bundan əvvəl telekanal Koreya Respublikası, Belarus,
Çin, Hindistan, Ukrayna, Çexiya, Rusiya, Polşa və s. ölkələrin
milli geyimləri haqqında proqramlar hazırlamışdı.
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi