Tabloid.az
Avropanın nüfuzlu qəzeti azərbaycanlı aktyordan yazdı –FOTO
Belarusun Brest şəhərində keçirilən XIX “Belaya Veja” beynəlxalq teatr festivalı başa çatıb.
Festivalda Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” monotamaşası ilə çıxış edib. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşada əsas rolu əməkdar artist Şövqi Hüseynov canlandırıb.
Teatrdan Publika.az-a verilən məlumata görə, festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa nümayiş olunub.
Azərbaycanla yanaşı, festivalda Belarus, Rusiya, Ukrayna,
Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan
və dünyanın digər ölkələrinin mono, kukla, meydan, pantomima
teatrları iştirak edib.
Brestdə 1996-cı ildən keçirilən bu beynəlxalq teatr festivalının
məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf
etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan
milli teatrlarının sənətini nümayiş etdirməkdir.
Festival haqqında yazan Brestin nüfuzlu qəzetlərindən olan “Brestskaya qazeta”da seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısında Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasına da xüsusi yer verilib.
Cəvahir Səlimqızı
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO




































