Tabloid.az
"Qanlı Yanvar" filmi – İLK GÖRÜNTÜLƏR
Rejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 yanvar faciəsi barədə çəkdiyi "Qanlı yanvar" filmi artıq hazırdır.
Publika.az-ın “ANS PRESS”ə istinadən məlumatına görə, filmin ilk anonsu təqdim edilib.
Tarixi əhəmiyyətli "Qanlı Yanvar" filminin əsas süjet xəttində real
hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında
bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə
canlandırılıb.
Filmdə beynəlxalq aktyor heyəti yer alır. Amerikalı aktyor, "Santa
Barbara" serialından tanınan Leyn Devies amerikalı jurnalist
"Viktor" rolunu, tanınmış türk aktrisası, "Muhteşem yüz yıl"
serialından tanınan Nebahat Çehrə isə iki oğul anası rolunu
canlandırır. Rusiyalı aktyor Balıyev isə Rusiyadan gəlmiş yüksək
rütbəli məmuru canlandırır.
Filmin ilk təqdimatının yanvarın 19-da keçirilməsi nəzərdə tutulur.
Bədii filmdə Bakının 1990-cı ildə yaşadığı iki gecəni - yanvarın
19-dan 20-ə keçən və yanvarın 20-dən 21-ə keçən gecələri təsvir
edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı
qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə
aparırlar.
Film "Bakı film", ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun
vəsaiti hesabına çəkilir. Filmə dövlətin dəstəyi də böyükdür.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR