Tabloid.az
Azərbaycan xarici ölkə xanımlarına tanıdıldı
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM)
Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin
xanımları üçün “Azərbaycanı tanıyaq” adlı tədbir
keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki
Heydər Əliyev adına AMM-nin təşəbbüsü ilə keçirilən tədbirdə 40-dan
çox ölkənin səfirlərinin xanımları iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin xanımı Gülzar
Quliyeva ölkəmizin mədəniyyəti haqqında məlumat verib, son illər
əldə edilən nailiyyətlər barədə danışıb. O, həmçinin Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın həm Azərbaycanda, həm də digər ölkələrdə gördüyü işlər
haqqında söhbət açıb.
Qonaqlara AMM tərəfindən hazırlanan konsert proqram da təqdim
edilib. Konsertdə Daşkənddə yaşayan soydaşlarımız, Özbəkistan
Dövlət Konservatoriyasının professorları Nərgiz və Ramidə
Poladxanova bacıları, habelə konservatoriyanın tələbələri
fortepianoda Azərbaycan mahnılarını və klassik bəstəkarların
əsərlərini ifa ediblər.
Sonra qonaqlara ziyafət verilib. Onlara Azərbaycan milli
yeməkləri-plov, dolma, ləvəngi və şirniyyatlarımız təklif
olunub.
Qonaqlar Azərbaycan mədəniyyətini və milli kulinariyasını yüksək
qiymətləndiriblər.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan