Tabloid.az
Yuli Qusman: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı...”
Rusiyada çıxan “Novıye izvestiya” qəzetində Azərbaycanın
və Rusiyanın tanınmış rejissoru Yuli Qusmanın jurnalist Vesta
Borovikovaya müsahibəsi dərc edilib.
Publika.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə,
Y.Qusman bu müsahibədə “Qorxma, mən səninləyəm! 1919” filminin
çəkilişlərindən söhbət açaraq deyib: “Mən çox istəyirdim ki, bizim
çəkiliş apardığımız bu dörd ay ərzində Bakıya gələnlərin hamısı
(oraya Rusiyadan yüzə yaxın ən yaxşı kinematoqrafçı gəlmişdi) Polad
Bülbüloğlunun vətənində özlərini xoşbəxt hiss etsinlər. İstəyirdim
ki, indi həyatımızda bu qədər qıt olan bayram ab-havası yaransın.
Bizim depressiyaya məruz qalmağımız üçün səbəb çoxdur. Ardı-arası
kəsilmədən müharibələr gedir, dolların məzənnəsi tez-tez dəyişir.
Mən bütün bunların fonunda sanki unudulmuş xeyirxahlıq, düzlük,
sevgi, xalqlar dostluğu və ədalət anlayışları haqqında kino çəkmək
istəyirdim. Bu sözlər mənim həyatımda çox böyük əhəmiyyət kəsb
edir. Axı biz bu ruhda tərbiyə olunmuşuq ki, bu gözəl ölkədə
hamımız birlikdə dost kimi yaşayırıq. Bu gün isə bu gözəl ölkədə
hamımız bir-birimizlə dalaşırıq. Mənim filmimin əsas qayəsi belə
idi – bütün bunları nizamlamağa çalışmaq. Mən özümü “puritan və
sağlam həyat tərzinin təbliğatçısı” kimi göstərmək istəmirəm, lakin
istəyirəm ki, mənə inansınlar: filmimin əsas hərəkətverici qüvvəsi
bunu xatırlatmaq arzusu olub ki, biz nə qədər müxtəlif olsaq da,
dostluq edə bilirik”.
Rejissor xüsusi vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, sadəcə,
bu film olmazdı.
Y.Qusman deyib: “Ümumiyyətlə, bu layihə Rusiya ilə müştərək nəhəng
layihə kimi başlandı. Lakin sonra Rusiya bu layihədən çıxdı. Məni
bir fakt çox heyrətləndirir ki, keçmiş müttəfiq respublikaların
yaxınlaşması, inkişafı və onların qarşılıqlı əlaqələrinin bərpası
ilə məşğul olan təşkilatların çoxsaylı olmasına baxmayaraq, bu
prosesdə səfehlik, demaqoqluq və israfçılıq var... Biz bu filmi
spekulyativ niyyətlə çəkməmişik. Amma hər halda düşünürdüm ki, bizi
medallar, ordenlər və “Lenin mükafatları” gözləyir. Əslində isə
nəinki bunlar, ümumiyyətlə gözlədiklərimizin heç biri olmadı. Pul
bizim fövqəladə əhəmiyyətli saydığımız məsələlərdən daha vacib
oldu. Sovet hakimiyyəti dövründə də oğurlayırdılar, lakin bundan
başqa bir iş də görməyə çalışırdılar. İndi isə yox. Mənə elə gəlir
ki, biz özümüz içərisində yaşadığımız evi dağıdırıq. Halbuki onu
məhv etmək əvəzinə yenidən qurmaq olar”.
Rejissor daha sonra vurğulayıb ki, bu filmdə çəkilmiş məşhur
rusiyalı aktyorların təşəbbüskarlığı, xeyirxahlığı və insaniyyəti
onu heyrətləndirib. Y.Qusman deyib: “Dmitri Bıkov, Mixail Yefremov,
daha kimlər gəldilər... Bu adamlar filmdə pul qazanmaq üçün yox,
ideya xatirinə çəkildilər. Bu, vaxtı ilə mənim komsomol gəncliyim
dövründəki artellərə oxşar, həmfikirlər komandası idi. O dövr
təşəbbüskarların dövrü idi. Belə adamlar indi də var və yerlərdə
bəzən bunu dəstəkləyirlər. Bilirsinizmi, ümumiyyətlə mənə elə gəlir
ki, Sovet hakimiyyətinin dağılması ilə biz “çirkli su ilə bərabər,
uşağı da tullamışıq”. Bu barədə düşünməyə dəyər. Biz uşaqlar üçün
istirahət düşərgələrini, pulsuz tibbi xidməti ləğv etmişik...
Düzdür, həmin tibbi xidmət miskin idi, aşağı səviyyədə idi, amma
var idi. Bu barədə düşünməyə dəyər”.
-
Kriminal19:12
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - VİDEO
-
Sosial18:12
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
-
Dünya17:36
İrlandiya da Fələstini tanıdı
-
Səhiyyə16:56
Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür
-
Hadisə16:40
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
-
Region15:48
Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev
-
Kriminal15:24
Azərbaycanda 14 və 16 yaşlı iki qıza təcavüz edən şəxsə bu qədər cəza verildi
-
Dünya14:53
Dünyanın ən böyük fəlakəti üzə çıxdı: 10 ildən sonra görün nə baş verəcək