Türklərin çəkildiyi film amerikalılara milyonlar qazandırır
Bizi izləyin

Tabloid.az

Türklərin çəkildiyi film amerikalılara milyonlar qazandırır

Rassel Krounun ilk rejissorluq işi olan “Son ümid” filmi hələ ən çox tamaşaçının gözlənildiyi ABŞ-da bəyaz pərdəyə çıxmadan çəkiliş xərcini çıxarıb.

Axar.az xəbər verir ki, aprelin 24-də ABŞ-da nümayişə girəcək 12 milyon dollar büdcəli film bu günə qədər 6 ölkədə nümayiş olunaraq 20 milyon 699 min dollar gəlir gətirib.

Ölkəmizdə premyerası martın 26-na planlaşdırılan film aşağıdakı ölkələrdən bu qədər gəlir gətirib:

  1. Avstraliya: 12 milyon 100 min 216 $
  2. Türkiyə: 5 milyon 781 min 253 $
  3. İtaliya: 1 milyon 128 min 636 $
  4. Cənubi Koreya: 689 min 370 $
  5. Yeni Zelandiya: 641 min 873 $
  6. Birləşmiş Ərəb Əmrlikləri: 357 min 905 $

CƏMİ: 20 milyon 699 min 253 $

Qeyd edək ki, “Son ümid” filminin əsas rollarında Türkiyənin məşhur aktyorları Cem Yılmaz və Yılmaz Ərdoğan çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm